...

Azərbaycanda 260 kq-dan çox vaxtı keçmiş ərzaq məhsulları müsadirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2010 20:12 (UTC +04:00)
İstehlakçıların Hüquqlarının Müdafiəsi və Antiinhisar Siyasəti üzrə Dövlət Xidməti istehlakçı bazarında növbəti monitorinqlərin gedişində 263 kq-a yaxın istifadə müddəti bitmiş ərzaq məhsullarını satışdan çıxararaq məhv edib.
Azərbaycanda 260 kq-dan çox vaxtı keçmiş ərzaq məhsulları müsadirə olunub

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi və Antiinhisar Siyasəti üzrə Dövlət Xidməti istehlakçı bazarında növbəti monitorinqlərin gedişində 263 kq-a yaxın istifadə müddəti bitmiş ərzaq məhsullarını satışdan çıxararaq məhv edib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Nəsimi, Yasamal və Suraxanı rayonlarında, həmçinin Gəncə, Şabran və Qəbələ şəhərlərində keçirilib.

Mağazalarda istifadə müddəti bitmiş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, spirtli və sərinləşdirici içkilər müsadirə olunub.

İstehlakçı hüquqlarını pozmuş fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti