...

Cənub dəhlizi və "Nabucco" layihələri reallaşdırılacaq – ABŞ Dövlət Departamentinin xüsusi elçisi Riçard Morninqstar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2010 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Ü.Sadıqova/

Biz əminik ki, Cənub dəhlizi və "Nabucco" layihələri reallaşdırılacaq. Bu barədə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar çərşənbə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ən vacib məsələ Cənub dəhlizi layihəsinin baş tutması və Azərbaycan qazının onunla nəqlidir.

"Kommersiya qərarı hansı boru kəmərinin - "Nabucco", Cənub dəhlizi və ITGI-nin birinci olaraq tikilməsini müəyyən edəcək", - Morninqstar deyib.

Türkiyə və Azərbaycan arasında qaz sazişini nəzərə alaraq, ABŞ Dövlət Departamentinin xüsusi elçisi Cənub dəhlizi layihəsinin reallaşdırılmasının mümkünlüyünü müsbət qiymətləndirib. "Heç bir şübhə yoxdur ki, Cənub dəhlizi uğurlu olacaq", - Morninqstar deyib.

Morninqstar Azərbaycanla ABŞ arasında strateji münasibətlərlə bağlı bildirib ki, Azərbaycan və ABŞ-ın əməkdaşlığı çox vacibdir və təkcə enerji sektoru kontekstində inkişaf etmir. "Biz ümid edirik, enerji əməkdaşlığı digər sahələrlə bərabər inkişaf edəcək; bizim məqsədlərimiz birdir və  onlara nail olmaq üçün işləyəcəyik", - ABŞ Dövlət Departamentinin xüsusi elçisi bildirib.

Xəbər lenti

Xəbər lenti