...

Kapital Bankın Yay Kampaniyasına start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2010 17:12 (UTC +04:00)
Kapital Bank "Xəzər Travel" şirkəti ilə birgə və Turizm Agentlikləri Assosiyasiyasının dəstəyi ilə yeni Yay Kampaniyasına start verib. Bu barədə bankın məlumatında deyilir.
Kapital Bankın Yay Kampaniyasına start verildi

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Kapital Bank "Xəzər Travel" şirkəti ilə birgə və Turizm Agentlikləri Assosiyasiyasının dəstəyi ilə yeni Yay Kampaniyasına start verib. Bu barədə bankın məlumatında deyilir.

Yay Kampaniyası çərçivəsində Türkiyənin istənilən istirahət zonasına səyahət üçün 20%, Yunanıstanın Krit adasına 5% və digər ölkələrə güzəştlə getmək mümkündür. Bu şərtlər yalnız Kapital Bankın cari və yeni VİSA Electron, VİSA Classic, VİSA Gold, VİSA Platinum və VİSA İnfinity kartlarının sahiblərinə aiddir. Üstəlik, səyahət zamanı pulsuz tibbi sığorta da verilir.

Kampaniyanın keçirildiyi müddət ərzində Kapital Bankdan VİSA kartını sifariş edənlərə 50%-lik endirim verilir. VİSA kartı ilə ən çox əməliyyat aparmış 11 müştəri müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Şərt belədir: hər bir əməliyyatın minimum məbləği: 20 AZN/EURO/USD olmalıdır.

Mükafatlar isə qaliblər arasında belə bölünəcək: Super Priz - 1 nəfər üçün 2000 AZN dəyərində olan "ikinəfərlik səyahət vauçeri". 2-ci mükafat - 1 nəfər qalibin kartına 1500 dollar məbləğ köçürüləcək, 3-cü mükafat - 1 nəfər qalibin kartına 1000 dollar, 4-cü mükafat - 3 nəfər qalibin kartına 800 dollar, 5-ci mükafat - 5 nəfər qalibin kartına 500 dollar köçürüləcək.

Göstərilən məbləğlərdən müvafiq vergi tutulacaq. Kampaniya iştirakçıları SMS Banking xidmətinə pulsuz qoşulmaq imkanı qazanacaqlar. Bankın Yay Kampaniyası 15 iyun 2010-cu il tarixdən 30 sentyabr 2010-cu il tarixə kimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti