...

Azərbaycanda pensiya ödənişlərinin 99 faizi plastik kartlar vasitəsilə həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 12:47 (UTC +04:00)
2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın kənd yerlərində yaşayan əmək pensiyaçılarının 98 faizi, şəhərlərdə isə 100 faizi pensiyaları plastik kartlar vasitəsilə alır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda pensiya ödənişlərinin 99 faizi plastik kartlar vasitəsilə həyata keçirilir

Azərbaycan, Bakı, 2 fevral /Trend/

2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın kənd yerlərində yaşayan əmək pensiyaçılarının 98 faizi, şəhərlərdə isə 100 faizi pensiyaları plastik kartlar vasitəsilə alır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) çərşənbə günü yaydığı məlumatda deyilir.

"Ümumilikdə, Azərbaycanda pensiya ödənişlərinin 99 faizi plastik kartlar vasitəsilə həyata keçirilir", - məlumatda deyilir.

Ölkədə 497, o cümlədən ölkənin kənd və qəsəbələrində 113 bankomat quraşdırılıb.

2010-cu ildə plastik kartlar vasitəsilə pensiya alanların sayı 10 363 nəfər artıb.

Xəbər lenti

Xəbər lenti