...

"Azərbaycan Dəmir Yolları" QSC fəaliyyətdə şəffaflığın artırılması sahəsində tədbirləri daha da gücləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2011 18:45 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC fəaliyyətdə şəffaflığın artırılması, korrupsiya və bürokratiya ilə mübarizə sahəsində tədbirləri daha da gücləndirmək niyyətindədir.
"Azərbaycan Dəmir Yolları" QSC fəaliyyətdə şəffaflığın artırılması sahəsində tədbirləri daha da gücləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 18 fevral /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC fəaliyyətdə şəffaflığın artırılması, korrupsiya və bürokratiya ilə mübarizə sahəsində tədbirləri daha da gücləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü QSC rəhbəri Arif Əsgərov 2010-cu ilin yekunları üzrə keçirilən kollegiya iclasında deyib.

Qeyd edilib ki, bu istiqamətdə, eləcə də dəmiryol nəqliyyatında təhlükəsizliyin təmini sahəsində işlər gücləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib.

QSC-də iclas zamanı qeyd edilib ki, fevralın 17-də Azərbaycan Nəqliyyat Nazirliyində də şəffaflığın artırılması və korrupsiya ilə mübarizə üzrə milli strategiyanın həyata keçirilməsinə həsr edilən kollegiya keçirilib. Kollegiyada şəffaflığın, korrupsiya və bürokratik maneələrlə mübarizə sahəsində tədbirlərin sayının, eləcə də nəqliyyatda təhlükəsizliyə diqqətin daha da artırılması vurğulanıb.

Kollegiyada Əsgərovun qeyd etdiyinə görə, 2010-cu ildə QSC tərəfindən 14,9 milyon ton yük göndərilib. Bu göstərici 2009-cu ildə 13,2 milyon ton olub. Bu, 12,5 faizlik artım deməkdir. Ötən il yük daşımalarının ümumi həcmi 22,3 milyon ton təşkil edib. Bu, 2009-cu ilin göstəricisindən 1,55 milyon ton və ya 1,5 faiz çoxdur.

Bu müddət ərzində 4,8 milyondan çox sərnişin daşınıb. Bundan xarici dövlətlərlə nəqliyyatın payına 316,8 min nəfər, daxili nəqliyyata 1,95 milyon nəfər düşüb.

Kollegiyada Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilən 2010-2014-cü illər üçün Azərbaycanın dəmiryol sisteminin inkişaf proqramının həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Proqram ölkənin dəmiryol nəqliyyatının sürətli inkişafını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti