...

Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsi üçün 110 kilovatlıq elektrikötürücü xətt tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 18:34 (UTC +04:00)
Gürcüstan Dövlət Elektrik Sistemi Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməkdə olan hissəsi boyunca uzunluğu 22 kilometr olan 110 kilovatlıq elektrikötürücü xətt tikəcək.
Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsi üçün 110 kilovatlıq elektrikötürücü xətt tikiləcək

Gürcüstan, Tbilisi, 11 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Dövlət Elektrik Sistemi Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməkdə olan hissəsi boyunca uzunluğu 22 kilometr olan 110 kilovatlıq elektrikötürücü xətt tikəcək. Bu barədə Trend-ə dövlət idarəsindən bildirilib.

Dəmiryolun inşası çərçivəsində Gürcüstan ərazisində layihələrdən biri - Marabda-Karsxai dəmiryolunun tikintisi həyata keçirilməlidir.

Bu layihənin həyata keçirilməsi üçün elektrik təchizatı lazımdır. Bu səbəbdən Gürcüstan Dövlət Elektrik Sistemi "Energo-Pro Georgia" ilə birlikdə uzunluğu 22 kilometr olan elektrikötürücü xətt tikəcək. Onun köməyi ilə dəmiryol elektriklə təchiz ediləcək.

Hazırkı mərhələdə layihə tamamlanma üzrədir. Elektrik sisteminin məlumatına görə, "Trialeti" xəttinin tikintisi bu il başa çatacaq.

Xəbər lenti

Xəbər lenti