...

Azərbaycanda pensiyaçılar SMS vasitəsilə ödənişlər barədə məlumat alacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 19:15 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprel-may aylarından hər bir ödəniş barədə pensiyaçıların mobil telefonlarına SMS-məlumatın göndərilməsi üzrə yeni xidmətə start verəcək.
Azərbaycanda pensiyaçılar SMS vasitəsilə ödənişlər barədə məlumat alacaqlar

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprel-may aylarından hər bir ödəniş barədə pensiyaçıların mobil telefonlarına SMS-məlumatın göndərilməsi üzrə yeni xidmətə start verəcək. Trend-in məlumatına görə, bu barədə DSMF rəhbəri Səlim Müslümov çərşənbə axşamı Nazirlər Kabinetinin 2011-ci ilin I rübündə respublikanın sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasında bildirib. İclas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilib.

"Fond tərəfindən pensiyaçılara göstərilən ödəniş xidmətlərinin səviyyəsini artırmaq məqsədilə müvafiq banklarla müzakirələr aparılıb və hər bir ödəniş barədə pensiyaçıların mobil telefonlarına SMS-məlumatın göndərilməsi haqqında qərar qəbul olunub. Hazırda pensiyaçıların mobil telefon nömrələri barədə məlumat bazası formalaşdırılır və aprel-may aylarından artıq bu xidmət növünə start veriləcək", - Müslümov bildirib.

Onun sözlərinə görə, DSMF-in fəaliyyətinin əsas istiqamətlərindən biri əhaliyə ödənişlərin avtomatlaşdırılmasıdır.

"Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 98 faizinin, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin edilib", - Müslümov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə 497 (113-ü kənd və qəsəbələrdə) bankomatın istismara verilməsi təmin edilib.

Xəbər lenti

Xəbər lenti