...

Azərbaycanda dəmir yolunda sisternlərin relsdən çıxmasından sonra aparılan bərpa işləri başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2011 14:27 (UTC +04:00)
Azərbaycanın Ucar rayonunda dəmir yolunda bərpa işləri başa çatıb. Bu barədə Trend-ə bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Azərbaycanda dəmir yolunda sisternlərin relsdən çıxmasından sonra aparılan bərpa işləri başa çatıb

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Ucar rayonunda dəmir yolunda bərpa işləri başa çatıb. Bu barədə Trend-ə bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Bazar günü "Bakı yağ fabiriki"nə məxsus yük qatarı yardımçı yoldan keçən zaman üç vaqon aşıb. Xəsarət alan olmayıb və məhsulun sızması qeydə alınmayıb. Bərpa işləri artıq başa çatıb", - Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, vaqonların qatarın yan yollara keçən zaman aşması səbəbindən bu istiqamətdə qatarların hərəkətinin mövcud qrafikində əhəmiyyətli dəyişikliklər olmayıb.

"Qatarlar müvafiq qrafik üzrə hərəkət edirlər", - Əzməmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti