...

Azərbaycan və Çexiya qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2011 12:14 (UTC +04:00)
15-22 may 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti Çexiya Respublikasına işgüzar səfər edəcək.
Azərbaycan və Çexiya qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarını müzakirə edəcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir N.İsmayılova/

15-22 may 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti Çexiya Respublikasına işgüzar səfər edəcək. Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Səfərin məqsədi Çexiya qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə təcrübəsi ilə tanışlıq, qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarının müzakirə edilməsi və iki ölkənin qiymətli kağızlar bazarı tənzimləyiciləri arasında əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilməsi olacaq.

Səfər çərçivəsində nümayəndə heyətinin Çexiya qiymətli kağızlar bazarında tənzimləyici funksiyaları yerinə yetirən Mərkəzi Bankı, Praqa Fond Birjası, qiymətli kağızların Mərkəzi Depozitarı, broker şirkətləri, investisiya bankları və qiymətli kağızlar bazarı iştirakçılarının peşəkar assosasiyaları ilə görüşlərin keçirilməsi və qarşılıqlı fayda doğuran məsələlərin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti