Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Axundov/
Mayın 23-26-da Niderlandın kənd təsərrüfatı şirkətlərinin təxminən 20 nümayəndəsi Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
"Niderlandın kənd təsərrüfatı sektoru Azərbaycan şirkətləri ilə əməkdaşlıqda və fikir mübadiləsində çox maraqlıdır", - səfirliyin məlumatında deyilir.
Bundan başqa, mayın 24-də Bakı Biznes Mərkəzində Azərbaycanın nazirlikləri və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə işgüzar dairələrin görüşü keçiriləcək.
Məlumata əsasən, Niderland şirkətləri fəaliyyətin geniş sahələrini, o cümlədən bostançılıq, ərzaq məhsullarının istehsalı və qida sahəsini, heyvandarlıq, əkinçilik və gülçülüyü təmsil edəcəklər.
Azərbaycana aşağıdakı şirkətlər gələcəklər:
| Şirkətlərin adı | Fəaliyət sahəsi | 
| DSM | heyvanlar üçün yem istehsalı | 
| Provimi | qida konsentratları | 
| Schils | süd əvəzləyicilər | 
| Source Food | ərzaq məhsulları | 
| Bosch Inveka Wilk van der Sande | istixana | 
| Bom Greenhouses | istixana | 
| Dalsem | istixana | 
| Avalon | orqanik əkinçilik | 
| Next Fruit Generation | meyvələrin yetişdirilməsi | 
| Global Plant Holland | tropik ağaclar | 
| Bakker Brothers | şitillər | 
| MPS | Mal kəsimi üçün avadanlıq | 
| Pluriton | quşçuluq | 
| Cowhouse | Mal-qara üçün pəyə | 
| JOZ | Peyintəmizləmə avadanlığı | 
| Ottevanger | Taxıl emalı | 
| Farm Service | Südsağan avadanlıq | 
| Ganlok | Kartof avadanlığı | 
 
                                     
                            