...

Azərbaycanda 5 min litrdən çox keyfiyyətsiz sərinləşdirici içki aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2011 19:27 (UTC +04:00)
"Tərxun" sərinləşdirici içkilərinin, qazlı və saf suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi, həmin məhsulların, eləcə də "Düşes" sərinləşdirici içkisinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.
Azərbaycanda 5 min litrdən çox keyfiyyətsiz sərinləşdirici içki aşkar edilib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakının Nizami rayonunda İzayət İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Tərxun" sərinləşdirici içkilərinin, qazlı və saf suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi, həmin məhsulların, eləcə də "Düşes" sərinləşdirici içkisinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Qanun pozuntuları ilə əlaqədar "Düşes" və "Tərxun" sərinləşdirici içkilərinin, qazlı və saf suların istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, eləcə də uyğunluq sertifikatı olmadan istehsal edilmiş 5857,5 litr sərinləşdirici içkilərin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar İzayət İsmayılova icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti