...

Gürcüstanda qatarların hərəkəti bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2011 12:56 (UTC +04:00)
Bazar ertəsi səhər Şərqi Gürcüstanda yük qatarının relsdən çıxmasından sonra dayandırılan Gürcüstandan Azərbaycana dəmir yolunun hərəkəti bərpa olunub.
Gürcüstanda qatarların hərəkəti bərpa olunub

Gürcüstan, Tbilisi, 11 iyul /Trend, müxbir N.Kirsxaliya/

Bazar ertəsi səhər Şərqi Gürcüstanda yük qatarının relsdən çıxmasından sonra dayandırılan Gürcüstandan Azərbaycana dəmir yolunun hərəkəti bərpa olunub. Trend-in məlumatına görə, bu barədə "Gürcüstan Dəmir Yolu" MMC-dən bildirilib.

Dünən axşam Kasp rayonunun Mariani kəndində yük qatarının iki sisterni relsdən çıxıb. Sisternlər boş olub. Sisternlərin relsdən çıxması nəticəsində heç kim xəsarət almayıb.

Qatar Gürcüstanın Poti Qara dəniz limanından Azərbaycana hərəkət edirdi.

Qəza nəticəsində qatarların hərəkətində müəyyən yubanmalar yaranıb.

Bu, son günlər ərzində Gürcüstanın dəmir yolunda baş verən ikinci qəzadır. İyulun 4-də Potidən Ermənistana gedən qatarın iki sisterni Qərbi Gürcüstandakı Merelisi kəndi yaxınlığında relsdən çıxmışdı.

Xəbər lenti

Xəbər lenti