...

Xaruxiko Kuroda yenidən Asiya İnkişaf Bankının prezidenti seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2011 16:53 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Xaruxiko Kurodanı 24 noyabr 2011-ci ildən etibarən növbəti beş il üçün yekdilliklə bankın perzidenti vəzifəsinə yenidən seçib. Trend-in məlumatına görə, bu barədəcümə axşamı AİB-in saytında dərc edilən məlumatda deyilir.
Xaruxiko Kuroda yenidən Asiya İnkişaf Bankının prezidenti seçilib

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir N.İsmayılova/

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Xaruxiko Kurodanı 24 noyabr 2011-ci ildən etibarən növbəti beş il üçün yekdilliklə bankın perzidenti vəzifəsinə yenidən seçib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİB-in saytında dərc edilən məlumatda deyilir.

Kuroda AİB prezidenti vəzifəsinə ilk dəfə 2004-cü ilin noyabrında təyin edilib. Keçmiş prezident Tadao Çinonun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsinin icrasına 2005-ci ilin fevralında başlayıb. 2006-cı ilin noyabrında isə beşillik müddətə AİB-in prezidenti vəzifəsinə seçilib.

Kuroda AİB-in səkkizinci prezidentidir. Onun rəhbərliyi altında AİB 2020-ci ilədək yeni uzunmüddətli strategiya qəbul edərək operativ gündəliyi iqtisadi artıma, davamlı ekoloji artıma, regional əməkdaşlıq və inteqrasiyaya yönəldib.

Kuroda prezident vəzifəsində olduğu zaman AİB öz kapital bazasını 3 dəfə artıraraq 55 milyard dollardan 165 milyard dollara çatıdırıb və Asiya İnkişaf Fondunun xətti ilə güzəştli kreditləşməni xeyli möhkəmlədib.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür və ölkənin bankın kapitalında iştirak payı 0,5 faizdir.

AİB-in ölkə üzrə aktiv kredit portfeli 680 milyon dollar təşkil edib. Əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə ümumi məbləği 13,122 milyon dollar həcmində qrantlar da ayırıb.

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının təsdiq etdiyi 2011-2013-cü illər üçün ölkədə əməliyyatlar üzrə biznes plan çərçivəsində bank kapital vəsaitlərindən 945 milyon dollar ayıracaq. Biznes plana əsasən, 2011-ci il üçün maliyyələşdirmənin həcmi 340 milyon dollar, 2012-ci il üçün 355 milyon dollar, 2013-cü il üçün 250 milyon dollar məbləğində müəyyənləşdirilib.

AİB 1966-cı ildə təsis edilib və 67 üzvü var. Onun mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. AİB-in aparıcı səhmdarları Yaponiya və ABŞ (ümumi səhmdar kapitalın 31,2 faizi), Hindistan və Çin (12,8 faiz), Avstraliya, Cənubi Koreya, Kanada (16 faiz) və başqalarıdır.

Xəbər lenti

Xəbər lenti