...

Azərbaycan sahibkarları 2011-ci il üçün nəzərdə tutulan güzəştli kreditlərin 72 faizindən istifadə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2011 15:31 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Göyçay və ətraf rayonlarda fəaliyyət göstərən 37 sahibkara güzəştli şərtlərlə 448 min manat məbləğində kredit verilib.
Azərbaycan sahibkarları 2011-ci il üçün nəzərdə tutulan güzəştli kreditlərin 72 faizindən istifadə ediblər

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Göyçay və ətraf rayonlarda fəaliyyət göstərən 37 sahibkara güzəştli şərtlərlə 448 min manat məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Bu kreditlər hesabına 72 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir Aran iqtisadi zonasının 250 sahibkarının iştirakı ilə keçirilib.

Tədbirdən əvvəl iştirakçılar "Göyçay Konyak Zavodu" ASC-nin illik istehsal gücü 10 min dekalitr spirt olan üzüm emalı müəssisəsində aparılan tikinti işlərinə, "Göyçay Süd" ASC-nin tutumu min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olublar.

2011-ci ildə SKMF 89,5 milyon manat məbləğində 1061 güzəştli kredit verib. Kreditlər yeni texnologiyaların tətbiqinə əsaslanan 76,9 milyon manat məbləğində 59 iri layihənin və 12,6 milyon manat məbləğində 1002 kiçik layihənin həyata keçirilməsinə yönəlib.

Bütün bu layihələrin həyata keçirilməsi nəticəsində 4 277 iş yeri yaradılacaq.

Bu il üçün SKMF 125 milyon manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.

Avqustun 12-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti