...

Azərbaycan və Ukraynanın Həmkarlar ittifaqları əməkdaşlıq müqaviləsi imzalayıblar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2011 17:35 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Ukrayna Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqları arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb.
Azərbaycan və Ukraynanın Həmkarlar ittifaqları əməkdaşlıq müqaviləsi imzalayıblar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir N.İsmayılova/

Çərşənbə axşamı Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Ukrayna Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqları arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb.

Sazişi Azərbaycan tərəfdən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Hikmət Osmanov, Ukrayna tərəfdən isə Həmkarlar İttifaqlarının rəhbəri Tatyana Nikitina imzalayıb.

Saziş beş il müddətinə bağlanıb və aşağıdakı istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur:

- Həmkarlar İttifaqları problemlərini müzakirə etmək məqsədilə müştərək seminarlar, konfranslar və "dəyirmi masa"lar keçirmək;

- işçilərin mübadiləsi;

- beynəlxalq təşkilatlarla əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi üzrə səylərin birləşdirilməsi;

- öz ərazisində digər ölkənin Həmkarlar İttifaqları üzvlərinə kömək etmək;

- işçi mühacirlərə yardım etmək.

"Hazırda Azərbaycanda 20 mindən çox ukraynalı yaşayır və onlar ölkə vətəndaşlarının bütün hüquqlarına malikdirlər. Ukraynada da xeyli sayda həmvətənlərimiz yaşayır və təhsil alır, eyni zamanda, orada güclü Azərbaycan diasporu var", - sazişin imzalanma mərasimində Osmanov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkənin 75 rayon və şəhərindən 67 min üzvü, 11 birləşmiş təşkilat və 1475 həmkarların ilkin təşkilatları və 40-dan çox nazirlik və dövlət strukturunu birləşdirir.

"Ukrayna Həmkarlar İttifaqlarına 50-yə yaxın nazirlik və idarə, 15 min ilkin həmkarlar ittifaqı təşkilatı, 26 regional və 24 əyalət orqanı daxildir", - Nikitina bildirib.

Xəbər lenti

Xəbər lenti