...

Azərbaycanda modul tipli təlim proqramlarının hazırlanması mövzusunda təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2011 17:22 (UTC +04:00)
"Sosial müdafiənin inkişafı layihəsi: 2010-2012-ci illər üçün modul təlim proqramları" layihəsi çərçivəsində modul metodologiya üzrə beynəlxalq ekspert Klod Vassamillet tərəfindən təlim keçirilib.
Azərbaycanda modul tipli təlim proqramlarının hazırlanması mövzusunda təlim keçirilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının "Sosial müdafiənin inkişafı layihəsi: 2010-2012-ci illər üçün modul təlim proqramları" layihəsi çərçivəsində modul metodologiya üzrə beynəlxalq ekspert Klod Vassamillet tərəfindən təlim keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iştirakçılara 4 günlük təlim müddətində modul kurrikulumların hazırlanması konsepsiyasının meyarları, modul strukturunun icrası, peşələrlə bağlı qlobal meyilləri əks etdirmək məqsədilə modulları təkmilləşdirmək və ya yenilərini hazırlamaq üçün modul seçimi və modulun qlobal və xüsusi məqsədlərinin yazılması barədə məlumat verilib.

İştirakçılar, həmçinin, modulların güclü və zəif cəhətlərinin müəyyən edilməsi üçün qiymətləndirmə meyarlarından istifadə, qiymətləndirmə meyarlarına uyğun olaraq modulların təkmilləşdirilməsi, yeni bacarıqlara yiyələnmək və ya mövcud olanları təkmilləşdirmək məqsədilə ənənəvi tədris və təlim metodları və s. barədə biliklər əldə ediblər.

Təlimdə modul tipli təlim proqramlarının hazırlanmasına cəlb edilmiş yerli mütəxəssislər və layihənin icra qrupunun əməkdaşları iştirak ediblər.

Layihə çərçivəsində əmək bazarında ən çox tələb olunan peşələr üzrə 30 modul təlim proqramının hazırlanması, iki yeni peşə təlimi mərkəzinin yaradılmasının dəstəklənməsi, qanunverici-institusional çərçivənin və monitorinq sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.

Modul təlim ənənəvi təlimin alternativi kimi meydana gəlib və mövcud olan bütün qabaqcıl pedaqoji nəzəriyyə və təcrübələri əhatə edir. Modul yanaşma əmək bazarında bilik və bacarıqlara olan faktiki tələbi və fərdin real təlim ehtiyaclarını nəzərə alan, müdavimin müəyyən məşğulluq və ya özünüməşğulluq şəraitində tələb olunan standartlara uyğun fəaliyyət göstərməsi üçün praktik və sosial bilik və bacarıqlar əldə etməsini dəstəkləyən (peşə) təlimin təşkili prosesidir.

Xəbər lenti

Xəbər lenti