...

Bakı-Bişkək marşrutu ilə uçan təyyarə Almatıda məcburi eniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 13:01 (UTC +04:00)
Bmi aviaşirətinin Bakı-Bişkək marşrutu ilə uçan sərnişin reysi Qırğızıstan paytaxtına yerli vaxtla saat 22:35-də çatacaq. Bu barədə Trend-ə cümə günü avizşirkətdən məlumat verilib.
Bakı-Bişkək marşrutu ilə uçan təyyarə Almatıda məcburi eniş edib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.İsmayılov/

Bmi aviaşirkətinin Bakı-Bişkək marşrutu ilə uçan sərnişin reysi Qırğızıstan paytaxtına yerli vaxtla saat 22:35-də çatacaq. Bu barədə Trend-ə cümə günü aviaşirkətdən məlumat verilib.

Təyyarə Bakıdan yerli vaxtla saat 21:35-də uçub və Bişkəkə yerli vaxtla saat 03:00-də çatmalı idi.

Şirkətin məlumatına görə, dumanla əlaqədar təyyarə Almatıda yerə məcburi eniş edib.

"Duman çəkilən kimi, sərnişinlər Bişkəkə çatdırılacaq", - şirkətdən bildiriblər.

İlkin məlumatlara görə, təyyarə Almatıdan yerli vaxtla 21:35-də çıxacaq və Bişkəkə yerli vaxtla saat 22:35-də çatacaq.

Xəbər lenti

Xəbər lenti