...

Azərbaycanda keyfiyyətsiz Yeni il hədiyyələri aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2011 13:14 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti aparılan monitorinqlər çərçivəsində 20 kiloqrama yaxın keyfiyyətsiz Yeni il hədiyyələri aşkar edib.
Azərbaycanda keyfiyyətsiz Yeni il hədiyyələri aşkar edilib

Azərbaycan, Bakı, 29 dekabr / Trend, müxbir E.İsmayılov /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti aparılan monitorinqlər çərçivəsində 20 kiloqrama yaxın keyfiyyətsiz Yeni il hədiyyələri aşkar edib. Bu barədə Trend-ə cümə axşamı nazirlikdən məlumat verilib.

"Monitorinqlər çərçivəsində ümumi çəkisi təqribən 20 kiloqram olan 50-yə yaxın keyfiyyətsiz Yeni il hədiyyəsi aşkar edilib. Onlar götürülərək məhv edilib. Bu hədiyyələr uşaqlar üçün nəzərdə tutulduğundan biz vətəndaşları belə məhsullar alarkən daha diqqətli olmağa, onun mənşəyi və saxlama müddəti ilə maraqlanmağa çağırırıq", - nazirlikdən bildiriblər.

Nazirlikdən bu istiqamətdə monitorinqlərin davam etdirildiyini deyiblər.

Ötən il Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər çərçivəsində də keyfiyyətsiz Yeni il hədiyyələri aşkar edilmişdi. İstehlakçıalrın hüquqlarının pozulması ilə əlaqədar olaraq onların satışı dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti