...

2011-ci ildə Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2012 18:18 (UTC +04:00)
Ötən il Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib.
2011-ci ildə Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Ötən il Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib. Bu barədə çərşənbə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

"2011-ci ildə hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib və il ərzində qeydiyyata alınmış 5137 hüquqi şəxsin 268-i dövlət mülkiyyətinə, 5-i bələdiyyə mülkiyyətinə, 4298-i xüsusi mülkiyyətə mənsub olub. Onların 440-ı tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir", - məlumatda deyilir.

Yeni müəssisələrin 61.5 faizi Bakıda, 10.3 faizi Aran, 7.6 faizi Abşeron, 5.3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılıb.

Azərbaycanın vergi orqanlarının məlumatlarına əsasən, keçən il ərzində 57 576 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti