...

Dövlət Azərbaycanda aqrar sahənin dirçəlməsinə böyük dəstək verir – komitə sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 15:45 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatında istifadə olunan yanacağın qiymətinin 50 faiz endirilməsi və verilən digər subsidiyalar aqrar sahənin inkişafına təkan verir.
Dövlət Azərbaycanda aqrar sahənin dirçəlməsinə böyük dəstək verir – komitə sədri

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda kənd təsərrüfatında istifadə olunan yanacağın qiymətinin 50 faiz endirilməsi və verilən digər subsidiyalar aqrar sahənin inkişafına təkan verir. Bu barədə Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında da kənd təsərrüfatının inkişafına böyük investisiyaların qoyulduğunu, böyük təsərrüfatların yaradıldığını vurğulayıb.

İbrahimov qeyd edib ki, kənd təsərrüfatı işçilərinə əlavə torpaqların verilməsi məhsul istehsalının həcminin artırılmasına imkan verəcək və kooperativlərin birləşməsi buna şərait yaradacaq. "Bütün bunlar aqrar sahənin dirçəlməsinə böyük dəstəkdir", - o deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan özünü əsas kənd təsərrüfatı məhsulları ilə təmin edir. "Bu, Prezidentin aqrar sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir", - İbrahimov deyib.

O bildirib ki, aqrar sahədə işləyən fermerə kömək edilməlidir. "Biz onları ayağa qaldırmalıyıq. Aqrar sahədə dönüş olacağı, böyük gəlir gətirəcəyi təqdirdə, həmin kənd təsərrüfatı işçilərini vergiyə cəlb etmək olar", - İbrahimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti