...

Azərbaycan Aİ-nin daxili nəzarət sahəsindəki təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 18:01 (UTC +04:00)
Azərbaycan daxili nəzarət sahəsində və risklərin idarə olunmasında qabaqcıl təcrübənin tətbiq edilməsi məqsədilə Avropa İttifaqı ölkələrinin təcrübəsini öyrənir.
Azərbaycan Aİ-nin daxili nəzarət sahəsindəki təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan daxili nəzarət sahəsində və risklərin idarə olunmasında qabaqcıl təcrübənin tətbiq edilməsi məqsədilə Avropa İttifaqı ölkələrinin təcrübəsini öyrənir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə İqtisadi İnkişaf Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev bildirib.

Bazar ertəsi Bakıda İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Daxili nəzarət və risklərin idarə olunması" mövzusunda seminar keçirilib.

"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində 2007-2011-ci illər üçün Fəaliyyət Planına əsasən, beynəlxalq təcrübəyə müvafiq olaraq, dövlət orqanlarında daxili nəzarət strukturlarının fəaliyyətinin inkişafı, risklərin idarə olunması sistemində innovasiyanın tətbiqi, Aİ ölkələrində mövcud olan qanunvericiliyin və qabaqcıl təcrübənin öyrənilməsi nəzərdə tutulur", - Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ölkənin xüsusiyyətləri nəzərə alınmaqla, tam daxili nəzarət sisteminin hazırlanması və tətbiqi vacibdir. Çünki bu, inzibatçılıq etməkdə səmərəliliyin artırılmasında əhəmiyyətli rol oynayır.

Seminar çərçivəsində Fransa, Rumıniya, İspaniya və Bolqarıstanın təcrübələri təqdim edilib.

Xəbər lenti

Xəbər lenti