...

Azərbaycan İpoteka Fondunun agentlərinin sayı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2012 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar / Trend müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun qiymətləndirmə agentlərinin sayı azalıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fonddan bildirilib.

"Azərekspertiza" şirkətinin siyahıdan çıxarılması nəticəsində AİF-in qiymətləndirmə agentlərinin sayı 13-dən 12-dək azalıb.

Bu gün AİF-in agentləri aşağıdakı qiymətləndirmə şirkətləridir - AzIntellekt Servis, IVC-Beynəlxalq Qiymətləndirmə Mərkəzi, Bilender, Koneko, MBA LTD, VESKO, MAK Consultancy Baku Ltd., REC-Invest, Real Prays, İNTEGRİS, VRC və Zafar M.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.

Hazırda İpoteka Fondunun müvəkkil agentləri qismində 27 bank, 19 sığorta şirkəti çıxış edir.

Xəbər lenti

Xəbər lenti