...

Azərbaycanın dövlət bank olmayan kredit təşkilatı kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2012 12:28 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Bank Olmayan Kredit Təşkilatı "Aqrarkredit" QSC-nin hər birinin nominal dəyəri bir manat olan 58 416 sadə sənədsiz adlı səhm prospekti emissiyasını qeydiyyata alıb.
Azərbaycanın dövlət bank olmayan kredit təşkilatı kapitalını artırır

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir N.İsmayılova /

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Bank Olmayan Kredit Təşkilatı "Aqrarkredit" QSC-nin hər birinin nominal dəyəri bir manat olan 58 416 sadə sənədsiz adlı səhm prospekti emissiyasını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nın cümə axşamı yaydığı məlumatda deyilir. Emissiyanın yerləşdirilməsi nəticəsində "Aqrarkredit"in kapitalı 19,08 milyon manatadək artırılacaq.

Səhmlərin yerləşdirlməsi qapalı həyata keçiriləcək.

"Aqrarkredit" QSC ötən ili 221,5 min manatlıq mənfəətlə başa vurub. 2012-ci il yanvarın birinə olan məlumata görə, BOKT-nin aktivləri 25,9 milyon manat, kredit portfeli 16,6 milyon manat, məcmu kapitalı 19,5 milyon manat , o cümlədən nizamnamə kapitalı 18,5 milyon manat təşkil edib.

"Aqrarkredit"in əsas səhmdarı 99,9 faiz səhmə malik olan Azərbaycan Maliyyə Nazirliyidir. Qalan hissə isə bərabər olaraq "Azərsığorta" dövlət sığorta şirkəti ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC arasında bölüşdürülüb. 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, "Aqrarkredit" BOKT-nin nizamnamə kapitalı 18,5 milyon manat təşkil edib.

Yanvarın 26-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti