...

Bakıdakı sərnişin avtobusları işi vaxtından əvvəl başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 18:07 (UTC +04:00)
Bakıda əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, sərnişin avtobusları işlərini saat 20:00-21:00-dək tamamilə başa çatdıracaqlar.
Bakıdakı sərnişin avtobusları işi vaxtından əvvəl başa çatdıracaq

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/

Bakıda əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, sərnişin avtobusları işlərini saat 20:00-21:00-dək tamamilə başa çatdıracaqlar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, səhərdən etibarən paytaxt küçələrinə 720 avtobus çıxıb, lakin artıq günortadan onlardan 300 ədədi pis hava şəraiti səbəbindən işi dayandırıb. Xüsusən, bu, uzaq məsafə və ucqar ərazilərdə yerləşən məntəqələrə (Əhmədli, Yasamal, Bakı-Sumqayıt) işləyən marşrutlardakı avtobuslara aiddir.

"Bu marşrutlardakı avtobuslar pis hava şəraiti səbəbindən işləyə bilməyiblər", - Həsənov vurğulayıb.

Sərnişin avtobuslarının işinin vaxtından əvvəl dayandırılması haqqında qərar qəzalardan yayınmaq və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti