...

Azərbaycan Nəqliyyat Nazirliyi yolların təmizlənməsi üçün 577 ədəd xüsusi texnika ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 13:02 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" SC 24 saat ərzində (1-2 fevral) ölkə ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar avtomobil yollarındakı işlərə 577 ədəd xüsusi texnika cəlb edib.
Azərbaycan Nəqliyyat Nazirliyi yolların təmizlənməsi üçün 577 ədəd xüsusi texnika ayırıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" SC 24 saat ərzində (1-2 fevral) ölkə ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar avtomobil yollarındakı işlərə 577 ədəd xüsusi texnika cəlb edib. Bu barədə Trend-ə cümə günü SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, cəlb edilmiş texnikanın ümumi sayından 154 ədəd Bakı küçələrinin, 423 ədəd isə ümumi yolların təmizlənməsi üçün istifadə olunub.

Eləcə də bu dövrdə yolların təmizlənməsi işlərinə 1817 işçi cəlb edilib ki, bunun da 406-sı Bakıda, 1411-i isə ümumi yollarda çalışıb.

Mürsəliyevin sözlərinə görə, sutka ərzində SC tərəfindən 229 ton duzdan istifadə olunub ki, bunun 163 tonu Bakı yolları, 66 tonu isə ümumi yolların payına düşüb. Avtomobil vasitələrinin normal hərəkətinin bərpası üçün yollara 4050 kubmetr qum səpilib ki, bunun 2220 kubmetri Bakı, 1830 kubmetri isə ümumi yollarda istifadə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti