...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarını 2012-ci ildə sürətli inkişaf gözləyir - Fond Birjasının rəhbəri (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 18:48 (UTC +04:00)
2012-ci il Azərbaycanın fond birjası üçün korporativ qiymətli kağızlar bazarının sürətlə inkişafı sahəsində əlamətdar illərdən biri olacaq.
Azərbaycanın korporativ qiymətli kağızlar bazarını 2012-ci ildə sürətli inkişaf gözləyir - Fond Birjasının rəhbəri (FOTO)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.Xəlilova/

2012-ci il Azərbaycanın fond birjası üçün korporativ qiymətli kağızlar bazarının sürətlə inkişafı sahəsində əlamətdar illərdən biri olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Fond Birjasının (BFB) idarə heyətinin sədri Emin Əliyev bildirib.

"Birincisi, buna əlverişli makroiqtisadi vəziyyət və Azərbaycan iqtisadiyyatının inamla artımı və bunun nəticəsi olaraq, qiymətli kağızlar bazarının artması kömək edir. Təkcə son beş il ərzində bazarda ticarət həcmi təxminən 4,5 dəfə artıb. İkincisi isə qanunvericilik bazasıdır. Bu, yüksələn fəaliyyəti stimullaşdırır və müəssisəni daxili borclanmaya əsaslandırır. Üçüncüsü, bazar institusional inkişaf edir, yəni sektorun inkişafı üçün təməl artıq qoyulub və onun sonrakı möhkəmlənməsi gedir", - Əliyev deyib.

Onun sözlərinə görə, korporativ sektor özü üçün ənənəvi bank bazarı və fond bazarı ilə maliyyələşdirmə üstünlüyü üzrə suayrıcı həyata keçirir.

"Əlbəttə ki, müəssisə bir sıra keyfiyyətlərə malik olmalıdır. Bunlar ilk növbədə maliyyə və idarəetmə keyfiyyətləri olmalıdır. Lakin onları əldə etməklə və fond bazarına çıxışı təmin etməklə şirkət bir investorla məhdudlaşmayaraq ucuz maliyyə resursu qazanır. Müəssisə borclanmanın müddəti və onun ödənilməsi planında öz siyasətini yeridir və əlbəttə ki, özünə münasib imic yaradır", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, statistikaya əsasən, qiymətli kağızlar bazarının korporativ sektoru birjada son illər inamlı artım nümayiş etdirir. Son beş ildə orta illik artım 70 faiz təşkil edib. Bu, əsasən həm korporativ istiqrazlar, həm də səhmlərin ilkin bazarının artımı hesabına baş verib.

"Bizim baxışımız belədir ki, 2012-ci ildə sektorun artımının davam etməsi gözlənilir, xüsusən də artım korporativ istiqrazların ilkin bazarının bir hissəsində planlaşdırılır. Belə ki, Avropada maliyyə böhranının davam etməsi fonunda şirkət-rezidentlərin daxili borclanmasının canlanması güman edilir", - BFB rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti