Azərbaycan, Bakı, 8 fevral /Trend müxbir N.İsmayılova/
2012-ci ilin yanvarında Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) daha 6 şirkətlə reyestrin və depozitarın aparılması xidmətlərinin göstərilməsi üzrə saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü MDM-in məlumatında deyilir.
Bunlar "Bərdə Yun" ASC, "Kürdəmir Tikinti Təmir" ASC , "Ağcabədi NEM" ASC, "İsmayıllı Sənaye İstehsal" ASC, "Əli-Bayramlı Kimyəvi Təmizləmə" ASC, "Sabirabad Yem Zavodu" ASC-dir.
MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Dövlət Əmlak Dövlət Komitəsi çıxış edirdi.
QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.