...

Azərbaycan bankı Bank of Baku vergi işçiləri üçün güzəştli kredit kampaniyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 12:16 (UTC +04:00)
11 fevral vergi işçilərinin peşə bayramı ilə əlaqədar Bank of Baku Azərbaycan Vergilər Nazirliyinin kollektivi üçün güzəştli kreditlər ayırmağa başlayır.
Azərbaycan bankı Bank of Baku vergi işçiləri üçün güzəştli kredit kampaniyasına başlayır

Azərbaycan, Bakı, 10 fevral / Trend/

11 fevral vergi işçilərinin peşə bayramı ilə əlaqədar Bank of Baku Azərbaycan Vergilər Nazirliyinin kollektivi üçün güzəştli kreditlər ayırmağa başlayır. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

11-29 fevral tarixləri arasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 4 faizlik endirim fürsətindən bəhrələnə bilərlər (Avtomobil, ipoteka, əmanət və VİP kreditlər bu kampaniyaya şamil edilmir).

Kreditin maksimal həddi 5000 manat təşkil edir. Belə ki, güzəştli kreditin məbləği 3000 manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ Vergilər Nazirliyində çalışan yeni müştərilər üçün 165 manat, müsbət kredit tarixçəsi olan təkrar müştərilər üçün isə 159 manat təşkil edəcək. "Bank of Baku müxtəlif peşə sahibləri üçün güzəştli aksiyalar təcrübəsinə və ənənəsinə malik bir maliyyə təsisatıdır. Azərbaycan Vergilər Nazirliyinin əməkdaşları üçün elan etdiyimiz bu kampaniya həmin ənənənin bir davamıdır.Vergi işçilərinin peşə bayramı münasibətilə Vergilər Nazirliyininin kollektivini təbrik edərək uğurlar diləyən bankımız belə bir əlamətdar gündə onlara bayram hədiyyəsi etmək qərarına gəlib. İndi hər bir vergi işçisi bu endirimdən bəhrələnə bilər",- Bank of Baku-nun sədr müavini Abbas İbrahimov deyir.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Bank of Baku istənilən sualı onlayn rejimdə də cavablandırmağa hazırdır. Bunun üçün Bank of Baku-nun www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi - www.facebook.com/bankofbaku.com-a baş çəkmək yetərlidir.

Fevralın 10-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti