Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Axundov/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməyib. Həftə ərzində manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi növbə ilə ucuzlaşma və bahalaşma nümayiş etdirib, lakin nəticədə bazar ertəsi qeydə alınan səviyyəyə çatıb.
Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78632 manat səviyyəsində müəyyən olunub. Halbuki bir həftə öncə bu göstərici 0,78618 manat səviyyəsində olub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
13 fevral |
0,7863 |
20 fevral |
0,7863 |
14 fevral |
0,7861 |
21 fevral |
0,7862 |
15 fevral |
0,7861 |
22 fevral |
0,7864 |
16 fevral |
0,7861 |
23 fevral |
0,7864 |
17 fevral |
0,7863 |
24 fevral |
0,7863 |
Həftə ərzində orta |
0,78618 |
Həftə ərzində orta |
0,78632 |
Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib və bir ABŞ dollarına nisbəti 0,7853 manat səviyyəsində qalıb. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7853 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 21-də 0,7853 AZN/USD məzənnə ilə $1,84 mln., fevralın 22-də 0,7853 AZN/USD məzənnə ilə $1,072 mln., fevralın 23-də 0,77853 AZN/USD məzənnə ilə $0,798 mln., fevralın 24-də 0,7853 AZN/USD məzənnə ilə $0,372 mln., fevralın 17-də 0,7853 AZN/USD məzənnə ilə $0,737 mln.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi |
|||
13 fevral |
0,7855 |
20 fevral |
0,7853 |
14 fevral |
0,7855 |
21 fevral |
0,7853 |
15 fevral |
0,7853 |
22 fevral |
0,7853 |
16 fevral |
0,7853 |
23 fevral |
0,7853 |
17 fevral |
0,7853 |
24 fevral |
0,7853 |
Həftə ərzində orta |
0,78538 |
Həftə ərzində orta |
0,78533 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.