...

"AtaBank" ASC-nin dəstəyi ilə "Breyin-rinq" yarışması keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2012 12:19 (UTC +04:00)
25 fevral 2012-ci il tarixində "AtaBank" ASC-nin dəstəyilə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının yeniyetmələri arasında intellektual breyin-rinq yarışı keçirildi.
"AtaBank" ASC-nin dəstəyi ilə "Breyin-rinq" yarışması keçirilib (FOTO)

Azəbaycan, Bakı, 27 fevral / Trend/

25 fevral 2012-ci il tarixində "AtaBank" ASC-nin dəstəyilə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının yeniyetmələri arasında intellektual breyin-rinq yarışı keçirildi. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Excelsior Hotel Baku" otelində baş tutmuş breyn-rinq yarışında 24 yeniyetmə iştirak etdi. Yeniyetmələr "Turan" intellektual klubunun direktoru Vüqar Zeynalovun suallarını cavablandırdılar.

"AtaHoldinq" ASC-nin İdarə Heyətinin sədr müavini Rauf Qarayev bildirdi ki, KSM üzrə tədbirlər holdinqin "2012-2014-cü illər üçün strategiya"sına uyğun olaraq keçirilir:

"AtaHoldinq" Şirkətlər Qrupu cəmiyyət qarşısında olan korporativ sosial məsuliyyətini təhsil, idman və mədəniyyət sahələrində dəstəklədiyi layihələr ilə yerinə yetirir. Bu il də, "AtaHoldinq" KSM sahəsində müxtəlif maraqlı tədbirlər keçirəcək. "AtaHoldinq" ASC Korporativ Sosial Məsuliyyətə fəaliyyətinin bir hissəsi kimi baxır və bütün layihələrdə ortaq hədəfimiz sosial problemlərin həll olunmasına kömək göstərərək Azərbaycan cəmiyyətində rifahın daha da yüksəlməsinə nail olmaqdır".

"AtaBank" ASC-nin Biznesin İnkişafı Departamentinin direktoru Elnur Osmanov tədbirlə bağlı bildirdi ki, "AtaBank" ASC müxtəlif istiqamətlərdə Korporativ Sosial Məsuliyyət (KSM) layihələri həyata keçirir ki, bunlardan biri də xüsusi diqqət və qayğıya ehtiyacı olan əhali qrupu üçün nəzərdə tutulub: bu layihə yeniyetmələrin əyləncəsi, intellektual bilik və bacarıqlarının üzə çıxarılmasına xidmət edir".

"Excelsior Hotel Baku" otelinin baş meneceri Natalya Solovyova bildirdi ki, "Excelsior Hotel Baku" il ərzində KSM sahəsində xüsusi diqqət və qayğıya ehtiyacı olan əhali qrupu üçün bir neçə tədbiri keçirməyi planlaşdırır: "Bu gün keçirilən tədbir bizim 2012-ci ildə baş tutan ilk tədbirimizdir. İl ərzində bir neçə belə tədbirin keçirilməsi nəzərdə tutulub. Bu gün "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının yeniyetmələri öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazandılar. Keçirilən breyn-rinq oyunu zamanı uşaqların fəal və intellektual bacarıqlara malik olduqları məlum oldu. Bu sahadə qalib komanda xüsusi ilə seçilib. Fəxr edirik ki, bu günkü tədbir uşaqların intelektual inkişafına öz müsbət təsirini göstərdi".

"AtaHoldinq" ASC Ictimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi Dilara Zamanova qalib olan komanda üzvlərini təbrik edərək, onlara hədiyyələr təqdim etdi.

Bakı SOS Uşaq Kəndinin direktor müavini Seyfəddin Ağaməmmədov "AtaBank" ASC-yə və "Excelsior Hotel Baku" mehmanxanasına onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Tədbir şən mahnıların ifası ilə başa çatdı.

Xəbər lenti

Xəbər lenti