...

Sumqayıtda keçirilən müəssisələrarası stolüstü tennis yarışları başa çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 12:47 (UTC +04:00)
ARDNŞ-in təşkilatçılığı ilə "Azərikimya"nın inzibati binasında Sumqayıtın müəssisə, ida­­rə və təşkilatlarının komandaları arasında stolüstü tennis üzrə şəhər turniri keçi­rilmişdir.
Sumqayıtda keçirilən müəssisələrarası stolüstü tennis yarışları başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend/

ARDNŞ-in təşkilatçılığı ilə "Azərikimya"nın inzibati binasında Sumqayıtın müəssisə, ida­­rə və təşkilatlarının komandaları arasında stolüstü tennis üzrə şəhər turniri keçi­rilmişdir.

17 komandanın iştirak etdiyi yarışlara start verilməzdən əvvəl son illər dünyada id­man ölkəsi kimi tanınan respublikamızda dövlət tərəfindən Azərbaycanda idmanın inki­şa­fına ölkə başçısı İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan, bunun ba­riz nü­munəsi kimi 2012-ci ilin "İdman ili" elan olunmasından, bununla bağlı keçirilmək­də olan tədbirlərin idmanın kütləviliyinin artmasında və sağlamlığın qorunmasında əhə­miy­yətindən, idmançıların gələcək məsul yarışlara, qələbələrə hazırlanmasında rolundan danışılmışdır.

Azərbaycanın hər zaman əzəmətlə səslənən, qürur və fərəh doğuran dövlət himni səs­ləndirildikdən sonra komandalar arasında püşkatma mərasimi keçirilmişdir. Hər bir koman­dada 5 idmançı olmaqla Olimpiya sistemi üzrə keçirilən yarışlarda ARDNŞ-in "Azə­ri­kimya" İB və Sumqayıt şəhər Qaz İdarəsi də daxil olmaqla beş komandası, Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Təhsil şöbəsinin, "Bismak" QSK-nın, Sumqayıt Dövlət Universitetinin, "Azenko" ASC-nin komandaları, həmçinin "qonaqlar" - Qafqaz Univer­sitetinin idmançıları və mətbuat nümayəndələri də ayrıca komanda kimi iştirak etmişlər.

Gərgin rəqabət və idman mübarizəsi şəraitində iki gün davam etmiş yarışlarda hər birinin tərkibində üç kişi və iki qadın tennisçinin olduğu komandalar maksimum fəallıq, qələbə əzmi nümayiş etdirmişlər. Finala kimi bütün yarışlarda daha yaxşı nəticələr gös­tər­miş Sumqayıt şəhər Təhsil şöbəsinin komandası 1-ci yeri tutaraq yarışların qalibi olmuşdur. Şəhər Yanğından Mühafizə İdarəsinin idmançıları 2-ci, "Azərikimya-1" və Etilen-polietilen zavodunun komandaları isə müvafiq olaraq 3 və 4-cü yerləri tutmuşlar.

Qalib komandalara "Azərikimya" İB Müşahidə Şurasının sədri Muxtar Babayev, Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Birlik Həmkarlar İttifaqı Komitə­sinin sədri Vaqif Ömərov tərəfindən fəxri diplomlar və pul mükafatları təqdim edilmişdir.

Stolüstü tennis yarışları ARDNŞ-in Sumqa­yıtda "İdman ili" çərçivəsində keçir­diyi şəhər miqyaslı üçüncü tədbirdir. Yanvar ayında Sumqa­yıtın məktəb komandaları arasında futbol üzrə şəhər turniri, fevral ayında isə müəssisə və idarələrin idmançılarının fəal iştirakı ilə iki gün davam edən şahmat yarışları keçi­rilmişdir.

Xəbər lenti

Xəbər lenti