...

Dünya Bankı "Azərbaycanın kənd investisiyaları" II layihəsinin reallaşdırılması üzrə məsləhətləşmələr keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 16:19 (UTC +04:00)
Dünya Bankı (DB) cümə axşamı Bakıda "Azərbaycanın kənd investisiyaları" (AzRIP) ikinci layihəsinin reallaşdırılmasına hazırlıq üzrə məsləhətləşmələr keçirib.
Dünya Bankı "Azərbaycanın kənd investisiyaları" II layihəsinin reallaşdırılması üzrə məsləhətləşmələr keçirib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir V.Javoronkova/

Dünya Bankı (DB) cümə axşamı Bakıda "Azərbaycanın kənd investisiyaları" (AzRIP) ikinci layihəsinin reallaşdırılmasına hazırlıq üzrə məsləhətləşmələr keçirib.

Trend-in məlumatına görə, məsləhətləşmələr DB-nin layihənin reallaşdırılması üzrə işçi qrupunun rəhbəri, Avropa və Mərkəzi Asiyanın davamlı inkişafı departamentinin baş mütəxəssisi Daniel Ouen, AzRIP layihəsinin direktoru Sübhan Əsgərov, layihənin direktor müavini Gülbəniz Qəmbərova, eləcə də layihə ilə əməkdaşlıq edən bəzi QHT-lərin nümayəndələrinin iştirakı ilə keçib.

Müzakirələr zamanı tərəflər martın sonlarında başa çatacaq AzRIP birinci layihəsi üzrə təcrübə mübadiləsi aparıblar.

Ouen bildirib ki, keçirilən məsləhətləşmələrin yekunu üzrə məruzə tərtib olunub. Bu mıəruzənin əsasında cari ilə planlaşdırılan AzRIP ikinci layihəsinin reallaşdırılmasına start verilməsi ərəfəsində nəticələr çıxarılacaq.

Əsgərovun sözlərinə görə, AzRIP layihəsinə qədər artıq buna oxşar layihələr həyata keçirilib. Lakin onların hamısına beynəlxalq QHT-lər sponsorluq edib.

"Bu layihənin unikallığı ondan ibarətdir ki, bu, dövlətin dəstəyi ilə həyata keçirilən ilk layihədir", - o deyib.

Əsgərovun sözlərinə görə, bu, həm investisiyalaşdırmanın həcmi, həm də əhatə sahələri və qarşıya qoyulan məqsədlər baxımından iri layihələrdən biridir.

Tərəflər AzRIP ikinci layihəsinin reallaşdırılması zamanı diqqət tələb edən aktual problemləri qeyd ediblər.

Birincidən fərqli olaraq, ikinci layihə Azərbaycanın bütün ərazisini əhatə etməyi nəzərdə tutur.

Qeyd edək ki, AzRIP birinci layihəsi üzrə kredit sazişi 2004-cü il sentyabrın 23-də imzalanıb, 2004-cü il dekabrın 29-da isə qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti