...

Azərbaycanda duzun keyfiyyətinin artırılması imkanlarına baxılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 15:25 (UTC +04:00)
İstehlakçılara keyfiyyətli duzun satışı üzrə problemlərin həlli üçün "Azərduz" ASC ilə duz istehsal edən kiçik müəssisələr arasında kooperasiyanın qurulması təklif edilir.
Azərbaycanda duzun keyfiyyətinin artırılması imkanlarına baxılır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Ə.Həsənov/

İstehlakçılara keyfiyyətli duzun satışı üzrə problemlərin həlli üçün "Azərduz" ASC ilə duz istehsal edən kiçik müəssisələr arasında kooperasiyanın qurulması təklif edilir.

"Duzun ağır metallardan və zərərli aşqarlardan təmizlənməsi üçün kiçik müəssisələrin malik olmadıqları bahalı avadanlıqların olması vacibdir, ona görə də belə kooperasiya onlara artıq "Azərduz"dan təmizlənmiş duz almağa imkan verər. Bununla da bazara təhlükəli məhsulun düşməsinin qarşısı alınar", - Trend-in məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cümə axşamı jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, bir çox illər ərzində görülən çoxsaylı tədbirlərə baxmayaraq, Qaradağ duzlu gölündən və onun yaxınlığında yerləşən Buta duzlu gölündən hər gün tərkibində zərərli qarışıqların olduğu 10 tona yaxın duz toplanır. Sonradan bu duz çörəkbişkirmə, konserv və süd müəssisələri tərəfindən alınır.

"Bu faktların qarşısını almaq üçün Azad İstehlakçılar Birliyi müxtəlif dövlət orqanlarına dəfələrlə müraciət edib", - Hüseynov deyib.

Mətbuat konfransı zamanı Hüseynov tərkibində yodun olmadığı və Azərbaycanda mağazalarda almaq mümkün olan idxal edilən duz nümunələrini nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti