Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC (Azərbaycanda yolların tikintisi və istismarı) Bakı-Quba avtomobil magistralının 89-cu kilometrində yeni yolayrıcı açıb. Bu barədə cümə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, yeni yolayrıcının istismara verilməsi yolun Siyəzən şəhərinədək qısalmasına imkan verir.
"Bu, yolu qısaltmağa və bu magistralla birbaşa Siyəzən şəhərinə gedib çıxmağa imkan verir", - Mürsəliyev qeyd edib.
O bildirib ki, yolayrıcının uzunluğu 54,5 metr, eni 14 metrdir. Yolayrıcı üç dayaqdan və iki aşırımdan ibarətdir. Magistrala çıxan yolların uzunluğu 525 metrdir. Yolayrıcının tikintisinə 2011-ci ilin oktyabrında başlanmışdı.