...

Naxçıvan avtomobil zavodu Sumqayıt və Neftçalanı taksilərlə təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2012 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.İsmayılov/

İlin sonunadək Naxçıvan avtomobil zavodunda (NAZ) yığılan və Sumqayıt şəhərində taksi qismində işləyən "Lifan" markalı avtomobillərin sayı 200 ədədə çatdırılacaq. Bu barədə cümə günü Trend-ə müəssisənin direktoru Musa Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Sumqayıtda taksi qismində "Lifan" markalı 20 avtomobil işləyir.

"Həmçinin, ilin sonunadək Neftçala şəhərində taksi qismində "Lifan" markalı 50 avtomobil işləyəcək. Hazırda onların sayı 10 ədəddir" , -Abdullayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti