...

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında təmsil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 12:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyasında iştirak edəcək.
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında təmsil olunacaq

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyasında iştirak edəcək. Bu barədə Trend-ə Administrasiyanın mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyev məlumat verib.

Bu məqsədlə Azərbaycanın nümayəndələri 16-25 may 2012-ci il tarixlərində keçiriləcək sessiyada iştirak etmək üçün London şəhərinə xidməti səfərə yola düşüblər.

Dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, Uzaq Məsafədən Tanınma və İzləmə sistemi (UMTİ/LRİT) ilə əlaqədar məsələlər, Dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə, təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması, nəqliyyat gəmilərinin davamlılığı, yük nişanı, maye yüklərin və qazların təhlükəsiz daşınması, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlər sessiyanın gündəliyini təşkil edir.

Eyni zamanda, Komitənin iclasında son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlər, hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üçün müvafiq müzakirələr aparılacaqdır.

Xəbər lenti

Xəbər lenti