...

“NBC Bank”-dan sərfəli Səyahət Krediti təklifi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2012 14:32 (UTC +04:00)
“NBC Bank”-dan sərfəli Səyahət Krediti təklifi
“NBC Bank”-dan sərfəli Səyahət Krediti təklifi

"NBC Bank" müştəri məmnuniyyətinin artırılmasına yönəlmiş siyasətini davam etdirməkdədir. Belə ki, bank ölkə daxilində və xarici ölkələrə səyahət etmək istəyən şəxslərə sərfəli səyahət krediti təklif edir. Bankın filiallarına və ya rəsmi əməkdaşlıq etdiyi "Planet Travel", "A Travel", "Bakı Tour", "Amor Travel", "Royal Travel", "Global Travel", "EuroAz Travel", "Ran Tur" və "Bakı Travel" turizm şirkətlərinə müraciət etməklə 4000 AZN-ə qədər səyahət krediti almaq mümkündür. 2000 AZN və 24 ay müddətinə kredit götürən şəxslər ayda 112 AZN, 4000 AZN və 24 ay müddətinə kredit götürən şəxslər isə ayda 224 AZN ödəyəcəklər. Kreditin məbləği 1000 AZN-dən çox olduqda müştərilərə plastik kart hədiyyə olunur. Həmçinin, təkrar müştərilərə daha sərfəli şərtərlər təklif edilir. Krediti əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış kifayətdir.

Sizi Bakıda fəaliyyət göstərən 6 və regionlarda fəaliyyət göstərən 4 filialımıza dəvət edirik.

"NBC Bank" - Hər zaman yanınızda!

"NBC Bank" ASC 17 dekabr 1992-ci ildə "Ruzu" SKB adı altında fəaliyyətə başlamışdır. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək "NBC Bank" ASC kimi bank sektorunda fəaliyyətini davam etdirmişdir. 2005-ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

"NBC Bank"-ın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt, Gəncə, Lənkəran və Şəki filialları olmaqla 10 filial, həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyuta dəyişmə şöbəsindən ibarətdir.

Ünvan: AZ 1033, Ş. Mustafayev küç., 27/121
Telefonlar: (99412) 514 01 16, 514 01 17
Faks: (99412) 566 57 55
E-mail: [email protected]
Rəsmi sayt: www.nbcbank.az
Facebook səhifəsi: http://www.facebook.com/NBCBankASC

Xəbər lenti

Xəbər lenti