Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Axundov/
Nəqliyyatı intellektual idarəetmə sisteminin tam tətbiq edildiyi Bakı ərazilərində avtomobillərin hərəkət sürəti 15-30 dəqiqə artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirib.
"Sistem artıq işləyir və yollarda hərəkətin sıxlığını göstərir", - Məmmədov deyib.
Bakı yollarında hərəkətin sürətini artırmağa yönəldilmiş tədbirlərdən biri "yaşıl dalğa"nın tətbiqi olacaq.
"Hərəkət edən maşınların axınını artırmaq və tıxaclardan yayınmaq məqsədilə işıqforlarda yaşıl işıq üçün vaxt uzadılacaq. Bundan sonra sürücülər hər prospektdə dayanmadan bir neçə işıqforu keçmək imkanı əldə edəcəklər", - bunu çərşənbə günü Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər.