...

“NBC Bank”da 6 ay ərzində təcili pul köçürmələrinin sayı təxminən 70 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Cari ilin ilk 6 ayı ərzində "NBCBank"da təcili pul köçürmələrinin sayında 67% artım müşahidə olunub. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Cari ilin yanvar ayında pul köçürmələrinin aylıq ümumi sayı 698 idisə, iyun ayında onların sayı 1168-ə qədər artıb. 6 ay ərzində 7 min 392 təcili pul köçürməsi həyata keçirilib ki, bu da keçən ilin 6 ayı ilə müqayisədə təxminən 50% artıqdır. Təcili pul köcürmələri üzrə 6 aylıq pul dövriyyəsi isə keçən ilin 6 ayına nisbətdə 44% artıb.

Ümumilikdə bank üzrə ən çox pul köçürmələri "Zolotaya Korona" sistemi ilə həyata keçirilib. Belə ki, yanvar ayından iyun ayınadək bu sistemlə təcili pul köçürmələrinin sayında 49% artım müşahidə olunub. "Kontakt" pul köçürmələri sistemi üzrə isə artım təxminən 100% qeydə alınıb.

Qeyd edək ki, "NBCBank" ilin əvvəlində əsasən 2 pul köçürmə sistemindən istifadə edirdisə, hal hazırda onların sayı artıq 8-ə çatıb. Bununla yanaşı, "NBC Bank" pul köçürmələrində köcürüləcək və ya alınacaq pulun məbləğinə müvafiq olaraq hər bir müştəriyə istənilən yerli mobil operatorun danışıq kartını hədiyyə edir.

"NBC Bank" bankın sürətli pul köçürmələri xidmətindən istifadə etmək istəyənləri Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filialımıza müraciət etməyə dəvət edir.

Bu və ya digər bank xidmətləri ilə bağlı (012) 932 nömrəsinə zəng edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti