...

“Buta Sığorta” şirkətinin səhmləri qeyri-kotirovka vərəqəsinə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 13:07 (UTC +04:00)
17 sentyabr 2012-ci il tarixindən etibarən "Buta Sığorta" ASC-nin 1,5 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılır.
“Buta Sığorta” şirkətinin səhmləri qeyri-kotirovka vərəqəsinə salınıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

17 sentyabr 2012-ci il tarixindən etibarən "Buta Sığorta" ASC-nin 1,5 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılır. Trend-in məlumatına görə, bu barədə "Bakı Fond Birjası"nın yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20 manat olmaqla 75 min qiymətli kağız buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

"Sığorta şirkəti BFB-yə səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - birjanın məlumatında deyilir.

Səhm emissiyasının yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 5,8 milyon manatdan 7,3 milyon manatadək artırılacaq.

Əvvəllər "Temzа Sığorta Qrupu" adlanan şirkət iyulun 26-da "Buta Sığorta" ASC elan edilib. Şirkətin rebrendinqi səhmdarların tərkibinin dəyişdirilməsi ilə əlaqədar baş verib.

Xəbər lenti

Xəbər lenti