...

Azərbaycanın lizinq şirkəti ICD-dən iri kredit alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2012 10:09 (UTC +04:00)
Azərbaycanın "Ansar Leasing" lizinq şirkəti öz təsisçisi Özəl sektorun inkişafı İslam Korporasiyasından (ICD, İslam İnkişaf Bankı qrupuna daxildir) dörd milyon dollar məbləğində kredit alıb.
Azərbaycanın lizinq şirkəti ICD-dən iri kredit alıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Ansar Leasing" lizinq şirkəti öz təsisçisi Özəl sektorun inkişafı İslam Korporasiyasından (ICD, İslam İnkişaf Bankı qrupuna daxildir) dörd milyon dollar məbləğində kredit alıb. Bu barədə şənbə günü Trend-ə şirkətin baş direktoru Ceyhun Nağıyev bildirib.

"Həmin vəsait illik faiz dərəcəsi 9 faiz olmaqla üç il müddətinə verilib", - Nağıyev deyib.

Onun sözlərinə görə, hazırda şirkətin lizinq portfeli 17 milyon dollar təşkil edir, ilin sonunadək onun 21 milyon dollara çatacağı gözlənilir.

"Növbəti üç il ərzində "Ansar Leasing" Azərbaycanın lizinq bazarında lider mövqelərə çıxmağı və lizinq portfelini 50 milyon dollara çatdırmağı planlaşdırır", - Nağıyev daha əvvəl bildirmişdi.

Xəbər lenti

Xəbər lenti