...

Azərbaycanın sığorta şirkətinin İdarə Heyətində dəyişikliklər baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 11:10 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyəti sədrinin yeni müavini təyin edilib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanın sığorta şirkətinin İdarə Heyətində dəyişikliklər baş verib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend /

Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyəti sədrinin yeni müavini təyin edilib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu vəzifəyə əvvələr şirkətin maliyyə departamentinin direktoru və eyni zamanda baş mühasib vəzifəsində çalışmış və İdarə Heyətinin üzvü olan Rahim Zəkiyev təyin edilib.

Qeyd etmək lazımdır ki, Rahim Zəkiyev 2002-ci ildə, şirkətin təsis olunduğu vaxtdan etibarən şirkətdə çalışır. Bu müddət ərzində o, mühasib vəzifəsindən İdarə Heyətinin üzvü vəzifəsinədək yüksəlib.

"Rahim Zəkiyev şirkətimizdə ilk günlərdən çalışan işçilərdən biridir və şirkətin fəaliyyəti və inkişafında onun rolu əvəzsizdir. Biz, işə, vəsifələrinə peşəkarcasına, məsuliyyət və şövqlə yanaşan əməkdaşları hər zaman yüksək qiymətləndirmişik. Rahim Zəkiyev məhz belə insanlardandır və bu təyinat onun işə verdiyi töhfənin məntiqi nəticəsidir", - Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıq Məmmədov bu barədə məlumat verərkən bildirib.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti