...

"İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində daşınmaların həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2012 18:27 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 42,1 milyon ton və ya ötən ildəkindən 5,4 faiz çox yük, 194,9 milyon nəfər və ya 8,1 faiz çox sərnişin daşınıb.
"İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində daşınmaların həcmi artıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Cari ilin yanvar-sentyabr aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 42,1 milyon ton və ya ötən ildəkindən 5,4 faiz çox yük, 194,9 milyon nəfər və ya 8,1 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 44,4 faizi avtomobil, 37,3 faizi dəmiryol, 18,3 faizi dəniz nəqliyyatının payına düşüb. Avtomobil nəqliyyatında 7,4 faiz, dəmiryol nəqliyyatında isə 6,2 faiz artım qeydə alınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,8 faizini və ya 11,7 milyon tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 318,6 milyon manat, sərnişin daşınmasından isə 61,3 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 19 faiz və 8,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti