...

Yuri Şedrin: Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin müsbət inkişaf perspektivləri var

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2012 14:12 (UTC +04:00)
Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin müsbət inkişaf perspektivləri var və 5 il ərzində ticarət dövriyyəsi təqribən 2 dəfə artıb.
Yuri Şedrin: Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin müsbət inkişaf perspektivləri var

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir C. Nəsibova/

Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin müsbət inkişaf perspektivləri var və 5 il ərzində ticarət dövriyyəsi təqribən 2 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib.

"İkitərəfli iqtisadi əməkdaşlığın perspektivlərini ölkə iqtisadiyyatlarının artan ixracat potensialına, xarici iqtisadi fəaliyyətin iştiraklçılarının sayının genişlənməsinə, sərhədyanı və regional əməkdaşlığın inkişafına əsaslanaraq nikbinliklə qiymətləndiririk", - Şedrin qeyd edib.

Onun sözlərinə görə, ikitərəfli ticari-iqtisadi əlaqələrin strukturu genişçeşidli qalmaqda davam edir, Rusiya ixracatının 90 faizini dərin emal məhsulları təşkil edir ki, bu da onu dünya bazarının konyukturasından, həmçinin karbohidrogen və digər xammal növlərindən daha az asılı edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti