...

Azərbaycanda 2013-cü ildə sosial müavinətlərin və ünvanlı yardımların məbləği artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 12:16 (UTC +04:00)
2013-cü ildə Azərbaycanda sosial müavinətlərin və ünvanlı yardımların (ÜSY) orta aylıq məbləği artacaq.
Azərbaycanda 2013-cü ildə sosial müavinətlərin və ünvanlı yardımların məbləği artacaq

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Axundov/

2013-cü ildə Azərbaycanda sosial müavinətlərin və ünvanlı sosial yardımların (ÜSY) orta aylıq məbləği artacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

"2013-cü ildə ehtiyac meyarının 93 manatadək artırılacağı nəzərə alınaraq, ailələrə verilən ÜSY-nin orta məbləği indiki 110 manatdan 120-130 manatdək qaldırılacaq. ÜSY-nin əhatə dairəsi də genişlənir. Bu gün ünvanlı sosial yardım alanların sayı 130 min nəfər təşkil edir", - Rəhimov deyib.

Onun sözlərinə görə, habelə 2013-cü ildə sosial müavinətlərin indeksasiyası da aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti