...

"Unibank" filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 16:11 (UTC +04:00)
Bankdan Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Qara Qarayev küçəsi, 116 ünvanında, "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında yerləşən (9 mərtəbələr yerləşən ərazi) filial ərazidə yaşayan əhaliyə bütün növ bank xidməti göstərəcək.
"Unibank" filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

"Unibank"ın paytaxtda daha bir filialı fəaliyyətə başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Qara Qarayev küçəsi, 116 ünvanında, "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında yerləşən (9 mərtəbələr yerləşən ərazi) filial ərazidə yaşayan əhaliyə bütün növ bank xidməti göstərəcək.

Bankın yeni xidmət nöqtəsi pərakəndə kreditləşdirmə və konkret olaraq nağd istehlak kreditlərinin, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə də xüsusi diqqət verilir. Bundan başqa, fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

"Xalqlar" filialı müasir üslubda qurulub, bütün əməkdaşları isə bankın baş ofisində ixtisaslaşdırılmış hazırlıq keçiblər. Filial şəbəkəsinin genişləndirilməsi "Unibank"ın strategiyasının əsas istiqamətlərindən biridir. "Xalqlar" filialı Unibank-ın 27-ci filialı oldu.

Artıq Unibank-ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. "Unidirect" xidmətinin məqsədi müştərilərə banka gəlmədən xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək krediti öz ünvanında əldə edir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Qeyd edək ki, "Unibank" istehlakçılar üçün 3000 AZN-dək krediti girovsuz və zaminsiz verir. Bu kreditlər 30 aylıq müddətədəkdir. Məbləğ borcalanın gəlirlərindən asılı olaraq 300 AZN-dən 7000 AZN-dək dəyişir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti