...

Azərbaycanda yol qəzalarında xəsarət alanlara kompensasiyaların ödənişinə başlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 13:48 (UTC +04:00)
İcbari Sığorta Bürosu Azərbaycanda sığorta hadisələri nəticəsində xəsarət alan şəxslərə ilk kompensasiyaların ödənişinə hazırlaşır.
Azərbaycanda yol qəzalarında xəsarət alanlara kompensasiyaların ödənişinə başlanır

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir A.Axundov/

İcbari Sığorta Bürosu Azərbaycanda sığorta hadisələri nəticəsində xəsarət alan şəxslərə ilk kompensasiyaların ödənişinə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə cümə günü Büronun icraçı direktoru Elxan Quliyev Sığorta Agentlərinin I Milli Forumunda çıxışı zamanı deyib.

Yol-nəqliyyat hadisələrində xəsarət alan vətəndaşlar artıq bu il aprelin 18-dən kompensasiyaya görə Büroya müraciət edirlər.

"Bu dövr ərzində belə kompensasiyalara görə bizə 6 müraciət daxil olub, onlardan biri rədd edilib. Ölümlə nəticələnən bir yol qəzası üzrə 5 min manat manat həcmində ödəniş yaxın vaxtlarda həyata keçiriləcək. Qalan 4 müraciət baxılma mərhələsindədir. Müraciətlərə baxılma prosesinin gecikməsi onunla əlaqədardır ki, biz yol qəzaları faktları üzrə istintaq tədbirləri aparan hüquq-mühafizə orqanlarından arayış almalıyıq", - Quliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti