...

Azərbaycanda sement istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 15:56 (UTC +04:00)
Azərbaycanda sement istehsalçısına maliyyə sanksiyası tətbiq edilib. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda sement istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Azərbaycanda sement istehsalçısına maliyyə sanksiyası tətbiq edilib. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, "Qaradağ-S" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Qaradağ-S" adlı M-400 markalı 40 kq-lıq sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi, həmin sementin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən kənarlaşma həddinin yanlış göstərilməsi, M-300 markalı 40 kq-lıq sementlərin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən maksimal kənarlaşma həddinin göstərilməməsi səbəbindən nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə "Qaradağ-S" MMC-yə 14,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti