...

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2013 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Dekabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 100,4 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,4 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz bahalaşıb.

Dekabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 10,1 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 3,9 faiz, toxuculuq sənayesi üzrə 3,5 faiz, mebel istehsalı üzrə 2,8 faiz, geyim istehsalı üzrə 0,6 faiz, metallurgiya sənayesi və əczaçılıq məhsullarının istehsalı üzrə 0,5 faiz, qida məhsullarının və elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 5,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 2,6 faiz, maşın və avadanlıqların istehsalı üzrə 2,4 faiz, kimya sənayesi üzrə 2,0 faiz, neft məhsullarının istehsalı üzrə 1,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 1,1 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,2 faiz, içki istehsalı və poliqrafiya fəaliyyəti üzrə isə 0,1 faiz ucuzlaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti