...

Nazir müavini:İKT sahəsində qəbul edilən qərarlar bu sektorun prioritetliyinin göstəricisidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 13:36 (UTC +04:00)
Ölkə başçısı tərəfindən imzalanan “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında” əsasnamə bu sektorun yüksək prioritleyinin göstəricisidir.
Nazir müavini:İKT sahəsində qəbul edilən qərarlar bu sektorun prioritetliyinin göstəricisidir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir H. Vəliyev /

Ölkə başçısı tərəfindən imzalanan "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında" əsasnamə bu sektorun yüksək prioritetliyinin göstəricisidir.

Trend-in məlumatına görə, bu barədə "Microsoft-Azərbaycan" şirkətinin "İnnovasiya günü"nə həsr olunmuş tədbirdə çıxışı zamanı RİN rəhbərinin müavini Elmir Vəlizadə qeyd edib.

Onun sözlərinə görə,"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında" əsasnamə qəbul edilib və İnformasiya Texnologiyaları Universitetin təsis olunmasına qərar verilib.

Vəlizadə qeyd edib ki, bütün bunlar əyani şəkildə göstərir ki, İKT sahəsində həyata keçirilən layihələr çox əhəmiyyətlidir və Azərbaycanda bu istiqamətlərdə böyük işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti